Ruzanna Məmmədova Avropa çempionu olub
04
iyl
2025
22:36
Azərbaycan güləşçisi Ruzanna Məmmədova İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatının qalibi olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, milli komandanın üzvü 62 kq çəki dərəcəsində qızıl medal qazanıb.
O, finalda almaniyalı Leoni Steyqertə 4:3 hesabı ilə qalib gəlib.
Ruzanna ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu olub.
Zəhra Kərimzadə (72 kq) təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilkə 2:8 hesabıyla uduzub.
Beləliklə, qadın millimiz qitə birinciliyini 2 qızıl medalla başa vurub. Ötən gün Günay Qurbanova (59 kq) Avropa çempionu olub.
Oxşar xəbərlər
Ruzanna Məmmədova Avropa çempionatının finalına vəsiqə qazanıb
Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında finala vəsiqə qazanıb. BAKU.WS "Re...