Rüstəm Əfsərli: "Neftçi Arena" "Qarabağ"la oyuna qədər tam hazır olacaq

Rüstəm Əfsərli: Neftçi Arena Qarabağla oyuna qədər tam hazır olacaq
İdman 61

"Neftçi Arena" "Qarabağ"la oyuna qədər tam hazır olacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərli mətbuat konfransında deyib.

O, "Neftçi Arena"nın ot örtüyü ilə bağlı vəziyyətə aydınlıq gətirib:

"Artıq baza istifadəyə verilib. Obyektin ikinci mərtəbəsində iş gedir. Media nümayəndələrini də oraya dəvət edəcəyik. "Neftçi Arena"nın ot örtüyünun durumu qənaətbəxş deyil. Stadion AFFA-nın balansındadır. Amma biz yatırım edirik. Hazırda ot örtüyü üzərində iş gedir. Ciddi irəliləyiş var. "Qarabağ"la oyuna qədər tam hazır olacaq. 2021-ci ildən sonra yalnız kiçik bərpa işləri olub. Təbii hava keçidi arenada yaxşı deyil. Yay aylarında ot örtüyündə problemlər yaşanır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər