Rusiyada matç zamanı raket hücumu təhlükəsi, futbolçular stadionu tərk etdi

Rusiyada İkinci Liqanın A divizionunda keçirilən "Dinamo-Bryansk" - "İrtış" (Omsk) qarşılaşması raket təhlükəsi səbəbindən yarımçıq qalıb. Bryanskda keçirilən matç zamanı azarkeşlər stadionun tribunalarını tərk ediblər.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "İrtış" klubunun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.
"Stadion boşdur. Matçın yenidən başlaması ilə bağlı qərar gözləyirik. Komandalar paltardəyişmə otaqlarındadır", - məlumatda deyilir.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk qarşılaşmanın ikinci hissəsi 0:0 hesabı ilə yarımçıq qalıb. İki oyunun nəticəsinə əsasən kimin İkinci Liqanın Gümüş qrupunda qalacağı və kimin B divizionuna yollanacağı müəyyənləşəcək. "İrtış" və "Dinamo-Bryansk" arasında cavab oyunu bazar günü, noyabrın 24-nə təyin edilib. Qarşılaşma Omskda baş tutacaq.
Oxşar xəbərlər
"Neftçi"nin Yunanıstan klubu ilə yoxlama matçının vaxtı dəqiqləşib
"Neftçi" klubunun Polşadakı təlim-məşq toplanışı çərçivəsində "Asteras"la (Yunanıstan) yoxlama matçının vaxtı dəqiqləşib. BAKU.WS klubun mətbuat xidmətinə istin...