Rusiya klubu Azərbaycan millisinin hücumçusuna görə 200 min avro ödəyəcək
14
fev
2022
23:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin və İspaniyanın "Palma" klubunun futzalçısı Rafael Vilela karyerasını Rusiyada davam etdirəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, braziliyalı hücumçu "Tümen" klubu ilə anlaşıb. Superliqa təmsilçisi 29 yaşlı forvardın keçidi üçün qarşı tərəfə 200 000 avro təzminat ödəyəcək.
Təcrübəli oyunçunun yeni komandasındakı məvacibi isə hazırkından 4 dəfə çox olacaq.
Qeyd edək ki, Azərbaycan millisinin digər futzalçısı Tiaqo Bolinya da 2020-ci ilin martından "Tümen"in formasını geyinir.
Oxşar xəbərlər
Superliqa UEFA və FIFA-ya qarşı çevriliş cəhdi idi - Canni De Byazi
"Fikrimcə, belə bir ideya UEFA və FIFA-ya qarşı çevriliş cəhdi idi". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan millisinin...