Rusiya böyük beynəlxalq futbol turnirinə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib
Rusiya Futbol İttifaqının (RFS) baş katibi Maksim Mitrofanov ölkəsinin böyük beynəlxalq futbol turnirini keçirməyə tam hazır olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, o, bu barədə RIA Novostiyə açıqlamasında danışıb.
Mitrofanovun sözlərinə görə, Rusiyanın futbol infrastrukturu hələ də dünyanın ən yaxşıları sırasında yer alır:
"Mən yalnız futbol baxımından danışa bilərəm. Düşünürəm ki, Rusiya belə turnir üçün tam hazırdır. Bizdə dünyanın ən yaxşı stadionları var. Onlar bu gün də müasir tələblərə cavab verir, onlardan daha mükəmməli hələ ki yaradılmayıb", - deyə o vurğulayıb.
Xatırladaq ki, 2022-ci ilin fevralında FIFA və UEFA Rusiyanın milli komandalarını və klublarını bütün beynəlxalq turnirlərdən kənarlaşdırmışdı. Bu səbəbdən rus klub və yığmaları, Çempionlar Liqasında, Avropa Liqasında, Konfrans Liqasında
iştirak edə bilmir. Kişilərdən ibarət milli komanda isə 2022 Dünya Çempionatına seçmə mərhələdən kənarda qalmışdı.
Rusiya yığması hazırda yalnız yoldaşlıq görüşləri keçirir.
Oxşar xəbərlər
DÇ-2026: Türkiyə millisinin pley-offdakı rəqibi bəlli oldu
DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, raundun yarımfinal mərhələsində üz-üzə gələcək mi...