Ronaldodan “Əl Nəsr”lə müqavilə bağlaması barədə xəbərlərə MÜNASİBƏT
Yeniliklərdən dərhal xəbərdar olun
“Qızıl top”un beşqat sahibi Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl Nəsr” futbol klubu ilə müqavilə imzalamayıb.
Bu barədə hücumçunun şərhini “Record” nəşri çatdırıb.
Ronaldu “Əl Nəsr”lə müqavilə ilə bağlı sualı belə cavablandırıb: “Xeyr, bu doğru deyil”.
Qeyd edək ki, Ronaldo “Mançester Yunayted”lə müqaviləsinə xitam verildikdən sonra indi azad agent statusundadır. Daha öncə İspaniyanın “Marca” qəzeti portuqaliyalı hücumçunun “Əl Nəsr”lə müqavilə bağladığını və transferin yanvarın 1-də baş tutacağını yazıb. Belə ki, reklam razılaşmaları nəzərə alınmaqla 2,5 mövsüm üçün müqavilə üzrə ödənişlərin ümumi məbləği 200 milyon avroya çatacaqdı ki, bu da Ronaldonu dünyanın ən çox maaş alan idmançısı edəcəkdi. //“Report”
Oxşar xəbərlər
Ronaldo karyerasını iki ölkədə davam etdirə bilər
Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun “Mançester Yunayted”dən ayrıldıqdan sonra karyerasını iki ölkədə davam etdirə bilər. BAKU.WS “Report”a istinadən xəbə...