Ronaldo otelinin qapılarını zəlzələdən zərər çəkənlərə açdı
Yeniliklərdən dərhal xəbərdar olun
Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun Mərakeşdə yerləşən oteli ölkədə baş verən zəlzələdən zərər çəkənləri pulsuz qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Marca"nın məlumatında deyilir.
38 yaşlı forvardın "Pestana CR7 Marrakech" otelinin Mərakeşdə yerləşdiyi və 4 ulduz reytinqinə malik olduğu bildirilir. Oteldə fitness mərkəzi, restoran və açıq hovuz da var.
Xatırladaq ki, Mərakeşdə dağıdıcı zəlzələ nəticəsində 2000-dən çox insan həlak olub. Təbii fəlakət zamanı 2 059 nəfər yaralanıb. Yaralılardan 1 404-nün vəziyyəti ağırdır.
Oxşar xəbərlər
Ronaldo yeni rekorda imza atdı
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo milli komandanın heyətində ən çox oyun keçirmə rekorduna imza atıb. BAKU.WS xəbər verir ki, 38 yaşlı forvardı...