Ronaldo Messinin ondan yaxşı futbolçu olmadığı dilə gətirdi
Portuqaliyalı hücumçu, Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun futbolçusu Kriştianu Ronaldo "İnter Mayami"nin oyunçusu Lionel Messinin ondan daha yaxşı olması fikri ilə razı deyil.
BAKU.WS xəbər verir ki, bu barədə portuqaliyalı ulduz Pirs Morqana müsahibəsində danışıb.
"Messinin məndən daha yaxşı olduğu fikri ilə razı deyiləm. Təvazökar olmaq istəmirəm", – deyə hücumçu qeyd edib.
Qeyd edək ki, Kriştiano Ronaldo "Qızıl top" mükafatının beşqat qalibi, Çempionlar Liqasının beşqat qalibi və Portuqaliya yığması ilə Avropa çempionudur. O, yığma komandalar tarixində ən çox qol vuran futbolçu rekorduna sahibdir. Hazırda Portuqaliya millisinin heyətində onun hesabında 143 qol var. Ümumilikdə Ronaldo karyerası ərzində 950 qol vurub.
Lionel Messi "Barselona"nın yetirməsidir. O, 2003–2021-ci illərdə klubun əsas heyətində çıxış edib. Bu müddətdə 835 oyuna çıxaraq 709 qol vurub. Messi "Barselona" ilə dörd dəfə Çempionlar Liqasını, 2022-ci ildə Argentina yığması ilə dünya çempionatını, iki dəfə isə Amerika Kubokunu qazanıb. Həmçinin o, Fransanın PSJ klubunda da çıxış edib.
Oxşar xəbərlər
Sadıq Sadıqova yeni VƏZİFƏ VERİLDİ
"Neftçi" İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub. BAKU.WS Report-a istinadən xəbər verir ki, İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov öz istəyi ilə...