Ronaldo karyerası ərzində 15-ci dəfə bir mövsümdə 20-dən çox qol vurub

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldo karyerası ərzində 15-ci dəfə bir mövsümdə 20-dən çox qol vurub.
BAKU.WS report-a istinadən xəbər verir ki, 40 yaşlı futbolçu bunu ötən gün "Əl-Hilal"a qarşı səfər matçında (3:1) dubla imza atmaqla reallaşdırıb.
Portuqaliyalı ön xətt oyunçusu həmçinin karyerasının 931-ci qolunu vurub.
Qeyd edək ki, K.Ronaldo Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə 25 oyun keçirib. O, bu müddətdə 21 qola və 3 məhsuldar ötürməyə müəlliflik edib. Futbolçunun "Əl-Nəsr"lə hazırkı müqaviləsinin müddəti 2024/2025 mövsümünün sonuna qədərdir. Onun transfer dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.
Oxşar xəbərlər
AFFA "Neftçi"ni 9700 manat cərimələdi
Misli Premyer Liqasının 8-ci turunda "Araz-Naxçıvan"la oyunda 4 futbolçusu sarı vərəqə alan "Neftçi" 700 manat cərimələnib. BAKU.WS xəbər verir ki, bu barədə AF...
