Ronaldo “Əl-Nəsr” klubu ilə müqavilə imzaladı - RƏSMİ - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Əl-Nəsr”lə müqavilə imzalayıb.
BAKU.WS xəbər ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.
Ronaldunun son komandası “Mançester Yunayted” olub. O, qalmaqallı müsahibəsindən sonra ingilis komandasını tərk edib.
“Portal Transfermarkt” hücumçunun dəyərini 20 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Kriştiano Ronaldo Qətərdə keçirilən dünya çempionatından əvvəl "Mançester Yunayted"lə müqaviləsinə xitam verildiyi üçün Səudiyyə Ərəbistanı təmsilçisinə azad agent kimi keçib.
Qalereya
Oxşar xəbərlər
Ronaldodan “Əl Nəsr”lə müqavilə bağlaması barədə xəbərlərə MÜNASİBƏT
“Qızıl top”un beşqat sahibi Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl Nəsr” futbol klubu ilə müqavilə imzalamayıb. Bu barədə hücumçunun şərhini “Record” nəşr...