Roberto Bordin: "Komandada dəyişikliklər etməliyik"

Roberto Bordin: Komandada dəyişikliklər etməliyik
İdman 349
"Oyun istədiyimiz kimi alınmadı. Rəqib bütövlükdə yenə müdafiə olundu. Əlbəttə, bugünkü məğlubiyyətdə özümü günahlandırıram. Məncə, komandama nəyisə çatdıra bilmədim ki, daha ürəklə döyüşsünlər"."Report"un matça ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin İsraildə "Bney Yehuda"ya 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.İtaliyalı mütəxəssis bildirib ki, çatışmayan cəhətləri dəyişmək lazımdır: "Oyunçulara tapşırmışdım ki, səbrli olsunlar. Buna rəğmən, qapımızdan erkən qol buraxdıq. Sonradan isə anlaşılmazlıqdan daha bir qol buraxdıq. Çalışırdıq ki, oyun istədiyimiz kimi getsin. Amma rəqib müdafiə olunur, boşluqlar buraxmırdı. Biz isə uzun ötürmələrdən yararlanmağa çalışırdıq. Amma bu, alınmadı. Artıq Premyer Liqa start götürür. Bəzi dəyişikliklər etmək lazımdır".Bordin komandasında hücumlar zamanı panika yaşamaları fikri ilə razılaşmayıb: "Qol buraxan komandanın dönüş yaratmaq istəyi normaldır. Biz də buna çalışırdıq. Mərhələ keçməmək üzücüdür. Buna çox inamım var idi. Çalışmalıyıq ki, özümüzü motivasiya edək və çempionata yaxşı başlayaq".Baş məşqçi ilk matçla müqayisədə rəqbin daha dərindən müdafiə olunduğunu bildirib. Vangelis Platellas və Rəhman Hacıyevi cinahlardan asmalar etdiyi üçün irəli buraxdığını söyləyib.

Son xəbərlər