İrlandiya millisinin baş məşqçisi: "Emin Mahmudovun zərbəsi öldürücü idi"
Yeniliklərdən dərhal xəbərdar olun
"2:1 hesabı ilə qalib gəlsəydik, indi fərqli söhbət edirdik. Qələbə qazana bilmədiyimiz üçün özümüzü təpikləyirik. Çoxlu qol epizodları yaratdıq. 3:1 və ya 4:1 hesablı qələbəyə layiq idik".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri futbol üzrə İrlandiya millisinin baş məşqçisi Stiven Kenni Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri DÇ-2022-nin seçmə oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis Emin Mahmudovun ilk hissədə vurduğu qol haqqında bunları söyləyib: "Mahmudov cərimə meydançasının kənarından baxımlı qola imza atdı. Onun bu cür zərbələri necə yerinə yetirdiyini daha əvvəl görmüşük. Futbolçunun önünü bağlamalı idik, sadəcə, edə bilmədik. Bu, öldürücü zərbə idi".
Oxşar xəbərlər
Canni De Byazi: "Rəqibi çətin vəziyyətlərə saldıq"
"Qələbə qazanmaq üçün bir az təcrübə çatmadı" BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De B...