Canni De Byazi: "Rəqibi çətin vəziyyətlərə saldıq"

Canni De Byazi: Rəqibi çətin vəziyyətlərə saldıq
İdman 100

"Qələbə qazanmaq üçün bir az təcrübə çatmadı"

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə İrlandiya yığması ilə 1:1 hesablı heç-heçə etdikləri DÇ-2022-nin seçmə oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis Azərbaycan komandasının oyununda inkişaf olduğunu sözlərinə əlavə edib: "Rəqibi çətin vəziyyətlərə saldıq. Onlar ikinci hissədə əvəzləmələrə əl atmalı oldu. Bizə də yeni güc lazım oldu, dəyişikliklər etdik. Buraxılan qol epizodunda topun aut xəttini keçdiyi açıq-aşkar görünürdü. Əgər bu, qeydə alınsaydı, indi başqa şeydən danışardıq”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər