İrina Zaretska dünya çempionatında finala adlayıb

24
okt
2023
23:24
Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında finala adlayıb.
“Report”un məlumatına görə, ikiqat dünya çempionu ardıcıl dörd rəqibini məğlub edərək, həlledici görüşdə iştirak hüququna yiyələnib.
O, oktyabrın 28-də İsveçrə təmsilçisi Yelena Quriçlə finalda üz-üzə gələcək.
Dünya çempionatının ilk günündə mübarizəyə qoşulan digər karateçilərdən Asiman Qurbanlı (+84 kq) üçüncü duelində, Turqut Həsənov (84 kq) startda məğlub olub. Katada mübarizə aparan Roman Heydərov isə iki mərhələ keçə bilib.
Oxşar xəbərlər
Dünya çempionatı: Nihad Məmişov qızıl medal qazanıb - YENİLƏNİB
Azərbaycanın yeniyetmə cüdoçusu Nihad Məmişov Xorvatiyada təşkil olunan dünya çempionatında qızıl medal qazanıb. "Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər...