Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi Premyer Liqada 200-cü oyununa çıxıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi Misli Premyer Liqasında 200-cü oyununu keçirib.
BAKU.WS xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi mütəxəssisin rəhbərliyi altında yubiley qarşılaşmasında "Neftçi"ni III turda 1:0 hesabı ilə məğlub edib.
2020-ci ilin yayından "Zirə"yə rəhbərlik edən mütəxəssisin başçılıq etdiyi kollektiv 7 mövsüm ərzində 89 qələbə qazanıb, 62 heç-heçə edib və 49 dəfə məğlub olub. Bu matçlarda 247 qol vuran komanda qapısında 187 top görüb.
Qeyd edək ki, R.Sadıqovun bu postda debütü 2020-ci il avqustun 23-də "Qəbələ" ilə səfər görüşündə (1:1) gerçəkləşib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...