Rəşad Sadıqov: "Türkiyədə məşqçi işləmək istəyirəm"
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "TRT Spor" telekanalına müsahibə verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssis Türkiyəyə olan sevgisindən danışıb və gələcəkdə bu ölkədə işləmək istədiyini bildirib.
"Mən çox yerdə olmuşam, amma Türkiyə xalqı kimi futbolu sevən millət görməmişəm. Ona görə də istəyirəm ki, Türkiyə həmişə ən yüksək yerlərdə olsun. Çox istəyirəm ki, Türkiyədə məşqçi işləyim. İnşallah, bir gün Allah qismət etsə, çox məmnuniyyətlə, məşqçilik edərəm", - o deyib.
Qeyd edək ki, R.Sadıqov futbolçu karyerası ərzində Türkiyə klublarının da formasını geyinib. O, "Kayserispor", "Kocaelispor" və "Eskişehirspor"da oynayıb.
Oxşar xəbərlər
"Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək
Bakıda "Sabah" və "Slaviya" (İngiltərə) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu avstriyalı hakim idarə e...