Rəşad Sadıqov: "Rəqibin bir fürsəti oldu, onu da qola çevirdi"
23
iyl
2025
21:29
"Rəqibin bir fürsəti oldu, ondan da yararlandı. Başqa fürst xatırlamıram. Bir anlıq boşluq yarandı və bundan istifadə etdilər".
BAKU.WS xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Xorvatiya təmsilçisi "Hayduk"la oyundan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov bildirib.
"Çox ustalıqla qol vurdular. Futbolçularımla qürur duyuram. Sona qədər mübarizə apardılar. Qələbə qazanmaq istəyirdik, amma alınmadı. Qarşıda bizi cavab oyunu gözləyir",-deyə R.Sadıqov əlavə edib.
Oxşar xəbərlər
İldırım hakimi və futbolçuları vurdu: Bir nəfər öldü
Malayziyada keçirilən yoldaşlıq futbol oyunu zamanı ildırım vurması faciə ilə nəticələnib. Hadisə nəticəsində futbolçulardan biri həyatını itirib. BAKU.WS xəbər...