Rəşad Sadıqov: "Çoxsaylı qol vəziyyətləri yaratsaq da top qapıdan keçmək istəmədi"
Yeniliklərdən dərhal xəbərdar olun
"Zirə" "Payde" ilə matçda çoxsaylı qol vəziyyətləri yaratsa da topu qapıdan keçirə bilməyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Payde" (Estoniya) ilə cavab matçından sonra mətbuat konfransında bildirib.
"Məyusedici məğlubiyyət oldu. Mərhələni keçə bilmədik. Çoxsaylı qol vəziyyətlərimiz oldu. Təəssüf ki top qapıdan keçmək istəmirdi. Bəzən belə olur və nəticədə uduzduq. Rəqibi təbrik edirəm. Mərhələni keçməyə biz layiq idik, amma alınmadı",- deyə mütəxəssis bildirib.
Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın "Payde" klubuna iki oyunun nəticəsinə (0:1, 1:1) əsasən uduzaraq mübarizəni dayandırıb.
Oxşar xəbərlər
"Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər
"Qarabağ" xanım azarkeşləri üçün növbəti ev oyununa pulsuz giriş imkanı yaradıb. BAKU.WS xəbər verir ki, Misli Premyer Liqasının 13-cü turunda "Sumqayıt"ı qəbul...