Renat Dadaşov "Qarabağ"a təklif olundu
Polşanın "Motor" klubunda çıxış edən millimizin üzvü Renat Dadaşovun karyerasını Azərbaycanda davam etdirə bilər.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, qış fasiləsində "Motor"dan ayrılacağı, demək olar ki, dəqiqləşən hücumçu hazırda Premyer Liqa klublarımızla danışıq aparır.
Dadaşovun meneceri onun xidmətini ilk olaraq "Qarabağ"a təklif edib.
Lakin onun "Zirə"yə keçmək ehtimalı da böyükdür. Çünki baş məşqçi Rəşad Sadıqovun 26 yaşlı forvardı sərəncamında görmək istədiyi vurğulanıb.
Əgər "Qarabağ" Dadaşovun xidmətində maraqlı olmasa, o zaman "Zirə" futbolçunun meneceri ilə danışıqları intensivləşdirəcək.
Qeyd edək ki, Renat Dadaşovun "Motor"la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. Lakin Lyublin klubu həmyerlimizi transferə çıxarıb.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqasında yarımfinal cütləri məlum olub
Azərbaycan Basketbol Liqasında (ABL) pley-off mərhələsinin sonuncu 1/4 final oyunları keçirilib. BAKU.WS xəbər verir ki, günün ilk oyununda "Neftçi" əlavə vaxtı...