"Real"ın ulduzu rəqib futbolçunu döydü
09
apr
2023
17:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde La Liqanın 28-ci turunda "Vilyarreal"la matçdan sonra rəqibin futbolçusu Aleks Baenanı vurub.
BAKU.WS-in xəbərinə görə, bu barədə "Marca" qəzetinin yaydığı məlumatda deyilir.
Mənbənin məlumatına görə, "kral klubu"nun futbolçusu Baenanı avtomobil parkında gözləyib.
Daha sonra rəqibinə yaxınlaşan Valverde onun üzünə zərbə endirib. Uruqvaylının bu cür aqressiv davranışının səbəbi hələlik məlum deyil.
Xatırladaq ki, görüş "Vilyarreal"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
Mövsümün ilk “el-klasiko”sunda “Real Madrid” “Barselona”ya qalib gəldi
İspaniya La Liqasında “Real Madrid” və “Barselona” komandaları arasında mövsümün ilk “el-klasiko”su keçirilib. BAKU.WS xəbər verir ki, "Santyaqo Bernabo" stadio...