"Real Madrid"dən 100 milyonluq transfer - FOTO

Real Madriddən 100 milyonluq transfer - FOTO
Foto
İdman 339

"Real Madrid" Dortmund "Borussiya"sının 19 yaşlı ulduzu Cud Bellinqemin transferini yekunlaşdırmaq üzrədir.

BAKU.WS-in xəbərinə görə, bu barədə məlumatı Fabritsio Romano yayıb.

Bellinqemin Madrid "Real"ına transferi üçün yekun danışıqların gələn həftə, Bundesliqa çempionluğu uğrunda mübarizə bitdikdən sonra aparılacağı bildirilib.

Həmçininin, transferin 100 milyon avro və bonuslarla reallaşacağı vurğulanıb.

Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm "Borussiya Dortmund"un heyətində 42 oyuna çıxıb, 14 qol vurub və 6 məhsuldar ötürmə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər