"Real Madrid" Vinisiusa görə FİFA-nın tədbirini boykot etdi

Real Madrid Vinisiusa görə FİFA-nın tədbirini boykot etdi
İdman 96

Madrid "Real"ının rəsmiləri Parisdə keçiriləcək "The Best FIFA Football Awards" mükafatlandırma mərasiminə qatılmayacaq.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı "Marca" nəşri yayıb.

Belə ki, bu qərara səbəb "Kral klubu"nun braziliyalı hücumçusu Vinisius Juniorun mövsümün rəmzi komandasına namizədlərin siyahısına salınmaması olub.

Klub rəsmiləri futbolçuya haqsızlıq edildiyini düşünürlər və bu səbəbdən FİFA-nın tədbirini boykot etməyi uyğun sayıblar.

Eyni zamanda nümayəndə heyətindən başqa, müxtəlif kateqoriyalarda fərdi mükafatlara namizəd olan qapıçı Tibo Kurtua, hücumçu Kərim Benzema və baş məşqçi Karlo Ançelotti də mərasimə getməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər