Benzema "Real Madrid"də 600-cü oyununa çıxacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərədə "Mançester Siti" klubuna qarşı UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema üçün əlamətdar olacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, start heyətində meydana çıxacaq fransalı hücumçu "kral klubu"nda bütün turnirlərdə 600-cü matçını keçirəcək.
Optanın araşdırmasına görə, 35 yaşlı forvard Madrid təmsilçisində bu göstəriciyə nail olan ilk legioner kimi tarixə düşəcək. O, ümumi sıralamada isə 8-ci pillədə yer alıb. Benzema yalnız Raul Qonsales (741 oyun), İker Kasilyas (725), Manolo Sançis (710), Serxio Ramos (671), Santilyana (645), Fernando Yerro və Fransisko Xentodan (hər ikisi 601) geri qalır.
Təcrübəli hücumçu əvvəlki 599 görüşdə 318 qol və 140 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, bu gün oynanılacaq "Mançester Siti" - "Real Madrid" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oxşar xəbərlər
Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır
2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...