“Real Madrid” Fransa millisinin üzvünü heyətinə qatıb - VİDEO
31
avq
2021
23:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kral klubu heyətini yeni futbolçu ilə gücləndirib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, klub İspaniya təmsilçisi Eduardu Kamavinqanı transfer edib.
Bunadək Fransanın “Renn” komandasında çıxış edən 19 yaşlı yarımmüdafiəçi ilə Madrid “Real”ı arasında 6 illik müqavilə imzalanıb.
Bildirilib ki, Fransalı oyunçunun keçidi İspan klubuna 31 milyon avroya başa gəlib. Bununla yanaşı, müəyyən miqdarda bonusların da ödənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Kamavinqa Fransa millisinin üzvüdür. O, iştirak etdiyi 3 oyunda 1 qol vurub.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Transferlərə həddindən artıq çox pul istəyirlər"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sumqayıt"a 3:1 hesabı qalib gəldikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. BAKU.WS "Repor...