"Real Madrid" Çempionlar Liqasında son 20 ilin antirekordunu yeniləyib

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində "Real Madrid" son 20 ilin antirekorduna imza atıb.
BAKU.WS "Opta Sport"a istinadən xəbər verir ki, Madrid klubu İtaliya "Milan"ı ilə oyununda (1:3) 2003/2004 mövsümündən bəri ilk dəfə belə aşağı nəticə göstərib.
Məlumata görə, Los Blanços qapıya doqquz zərbəyə icazə verib ki, bu da son 20 mövsümdə Çempionlar Liqasının qrup mərhələsindəki hər hansı digər ev matçındakı qapıya zərbə sayından çoxdur.
"Real Madrid" hazırda dörd turdan sonra altı xalla Çempionlar Liqasının turnir cədvəlində 17-ci yerdədir. Altı xalı olan "Milan" isə 18-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
İşsiz qalan Joze Mourinyo bu klubu çalışdıra bilər
Portuqaliyalı mütəxəssis Joze Mourinyo Türkiyə klubunu Çempionlar Liqasına çıxara bilmədiyi üçün "Fənərbağça"dan qovulub. Bukmeker kontorları Mourinyonun növbət...
