"Real Madrid" azarkeşlərinə bəd xəbər
Yeniliklərdən dərhal xəbərdar olun
"Real Madrid" basketbol klubunun oyunçusunda koronavirus aşkar edildiyi üçün klubun bazası karantinə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə "La Sexta" məlumat yayıb.
Koronavirusa yoluxmuş basketbolçunun adı açıqlanmır.
Mövcud vəziyyətdə "Real Madrid" idman klubu bağlanıb. Bu həm futbol, həm də basketbol bölmələrinə aiddir. Çünki hər iki növ üzrə məşqlər eyni bazada keçirilir.
Bu arada İspaniya Futbol Federasiyası "La-Liga" və "Sequnda" çempionatlarını iki həftə dayandırmaq qərarına gəlib.
Qeyd edək ki, martın 17-də "Real Madrid" və "Mançester Siti" Çempionlar Liqası matçına çıxmalıdır. Turnirin taleyi ilə bağlı hələlik qərar verilməyib.
"Real"ın basketbol komandası da Avroliqada çıxış edir. Martın 12-də turnir rəhbərliyi yarışın qeyri-müəyyən müddətə dayandırıldığını açıqlayıb.
Oxşar xəbərlər
"Mançester Siti" Çempionlar Liqasından kənarlaşdırıla bilər
İngiltərənin "Mançester Siti" klubu Çempionlar Liqasından kənarlaşdırıla bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, buna səbəb klubun maliyyə "Fair Play...