Rasim Musabəyov: "Bütün Avropa Bakının necə şəhər olduğunu gördü"
30
may
2019
22:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Hər bir ölkədə böyük tədbirlər keçiriləndə müsbət fikirlərlə yanaşı mənfi fikirlər də səsənir, amma əsas nəticədir". BAKU.WS-in məlumatına görə, bunu Avropa Liqasının finalı ilə bağlı AZTV-də təşkil edilən debatda millət vəkili rasim Musabəyov deyib. Onun fikrincə, ötən gün ölkəmizin paytaxtında keçirilən tədbir öz məhtəşəmliyi ilə tarixə məhz müsbət hadisə kimi düşəcək. "Bütün Avropa Azərbaycanın necə ölkə, Bakının necə bir şəhər olduğunu gördü. Onun təşkilatçılığının şahidi oldu. Ümumiyyətlə ingilis azarkeşlər tərbiyəsiz olurlar. Onlar olan yerdə həmişə, dava, qışqır-bağır, baş yarma olur. Amma hər kəs şahid oldu ki, yaxşı təşkilatçılıqla ingilis azarkeşləri də cilovlamq mümkündür", - deyə millət vəkili vurğulayıb.
Oxşar xəbərlər
Bəhram Bağırzadə: "Dünən Azərbaycan qalib gəldi"
Azərbaycan Avropa Liqasının final oyunu ilə bir daha sübut etdi ki, ölkəmiz bu cür mötəbər yarışları təşkil etməyə hazırıdır. BAKU.WS-in məlumatına görə, bunu a...