Ramil Şeydayevin “Kocaelispor”dakı taleyinə aydınlıq gəldi

Ramil Şeydayevin “Kocaelispor”dakı taleyinə aydınlıq gəldi
İdman 656

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev çıxış etdiyi Türkiyənin "Kocaelispor" klubu ilə müqavilə müddətini uzadacaq.

BAKU.WS xəbər veirr ki, bu barədə klub məlumat yayıb.

Komandanın baş məşqçisi Ertuğrul Sağlam Ramil Şeydayevin "Kocaelispor"da qalmasını istəyib.

Baş məşqçi həmçinin xorvatiyalı Yosip Vukoviç və gürcü Gigi Beridzenin də növbəti mövsümdə "Kocaelispor"da çıxış etməsinin tərəfdarı olub.

Qeyd edək ki, Ramil bu ilin yanvarında "Kocaelispor"a keçib.

Son xəbərlər