Ramil Şeydayev: “Rəqib bizdən revanş almaq istəyir”
Yeniliklərdən dərhal xəbərdar olun
"Nəticənin bizim xeyrimizə olacağına ümid edirəm. Rəqib revanş almaq istəyir. Bu səbəbdən çətin olacaq".
BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Ramil Şeydayev Bakıda Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.
26 yaşlı hücumçu bütün azarkeşləri tribunada gözlədiklərini bildirib:
"Bu görüşə ilk qarşılaşmadan daha ciddi və məsuliyyətli yanaşırıq".
Şeydayev “Olimpiakos”a vurduğu qoldan sonra çılğın formadakı sevincini də şərh edib:
“Bunun səbəbi tribunalarda məhz yunan azarkeşlərin olması deyildi. Sadəcə sevindim. Deməzdim ki, emosiya partlayışı idi. Bilərəkdən etməmişdim. Adi qol sevincim idi”.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" "Olimpiakos"u darmadağın etdi - YENİLƏNİB
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. "Qarabağ" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olub. "Georgios K...