Rafael Fiziyev: “Yaşasın Azərbaycan” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev UFC-də növbəti qələbəsini şərh edib.
29 yaşlı idmançı ilk dəfə olaraq Azərbaycan bayrağı altında çıxış etməsindən danışıb. O, Azərbaycan təmsil edərkən belə başlanğıcdan çox xoşbəxt olduğunu deyib.
“Bu mənim köklərimdir, mənim ailəmdir. Mənim və torpağımın tarixidir. Yaşasın Azərbaycan”, - deyə idmançı bəyan edib.
Onun rəqibi braziliyalı Rafael Dos Anjos ilə döyüşdə onu dəstəkləyənlərə də təşəkkür edib.
Qeyd edək ki, R.Fiziyev rəqibini 5-ci raundda nakautla məğlub edib. Bu döyüşçünün UFC-dəki 6-cı qələbəsi olub.
Oxşar xəbərlər
Rafael Fiziyev ABŞ-ın məşhur idmançısını döyüşə çağırıb
Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev növbəti görüşünü hansı rəqibə qarşı keçirmək istədiyini açıqlayıb. BAKU.WS "report"a istinadən xəbər verir ki, 29 yaşl...