Rafael Fiziyev Bakıda keçirəcəyi UFC turnirində onunla döyüşəcək
25
apr
2025
20:22
İyunun 21-də Bakıda baş tutacaq UFC (Ultimate Fighting Championship) turnirində azərbaycanlı döyüşçü Rafael Fiziyev çilili idmançı İqnasio Bahamondesə qarşı döyüşəcək.
BAKU.WS xəbər verir ki, bu barədə UFC-nin Mətbuat Xidməti rəsmi açıqlama yayıb. Bildirilib ki, Fiziyev 70 kq çəki dərəcəsində növbəti rinq qarşılaşmasını Bahamondeslə edəcək.
Turnirin proqramında başqa yerli döyüşçülərimiz – Tahir Abdullayev, Məhəmmədəli Osmanlı və Asəf Çopurovun da iştirak etməsi gözlənilir.
Bu döyüş gecəsi Bakıda UFC həvəskarları üçün unudulmaz idman bayramına çevrilə bilər.
Oxşar xəbərlər
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Çexiya və İngiltərə ilə üz-üzə gələcək
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər. BAKU.WS report-a i...