Rafael Ağayev göz yaşlarına hakim ola bilmədi: "Ananın yerini həyatda heç nə vermir" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan karateçisi, 5 dəfə dünya, 11 dəfə Avropa çempionu, Olimpiya oyunlarının ikincisi Rafael Ağayev ARB kanalında yayımlanan "Onun Sirri" verilişində göz yaşlarını saxlaya bilməyib.
BAKU.WS xəbər verir ki, tanınmış idmançıya dünyasını dəyişmiş anası ilə bağlı sual verilərkən göz yaşlarına hakim ola bilməyib.
"6 il xərçəng xəstəsi idi. Əlimizdən gələni etdik. Amma olmadı. İnsan həyatda istədiyi çox şeyi əldə edə bilir, amma Allahın işinə qarışmaq olmur.
Mənim həyatda ən həssas yerim anamdır. Axır vaxtlar çox həssasam. Allah həyatını itirən bütün analara rəhmət eləsin, qalanlara uzun ömür, cansağlığı versin. Hər kəs valideyninin qədrini bilsin. Tanış, dostlar sağ olsunlar, amma ananın yerini həyatda heç nə vermir", - deyə Rafael Ağayev bildirib.
Oxşar xəbərlər
Olimpiadada qızıl medal qazansam, bəlkə idmanı ataram - Hacı Əliyev
Azərbaycanın sərbəst güləş üzrə milli komandasının kapitanı, 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev "Report"a müsahibə verib. Həmin müsahibəni təqdim...