Qvardiola imtina etdi, İtaliya millisinin sükanı Pirloya həvalə olunur
İtaliya millisinin yeni baş məşqçisi postuna əsas namizəd kimi əfsanəvi sabiq futbolçu Andrea Pirlonun adı ön plana çıxıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, İtaliya Futbol Federasiyasının yeni texniki direktoru Paolo Maldini Pirlonu milli komandanı çalışdırmaq üçün ən uyğun seçim hesab edir.
Məlumata əsasən, federasiya əvvəlcə bu vəzifəyə sabiq "Mançester Siti" baş məşqçisi Pep Qvardiolanı dəvət etsə də, ispaniyalı mütəxəssis təklifi qəbul etməyib. Bundan sonra diqqət tamamilə Andrea Pirlonun namizədliyinə yönəlib və tərəflər arasında danışıqların yekun mərhələdə olduğu bildirilir.
İddialara görə, Pirlo ilə imzalanacaq müqavilənin 2030-cu il dünya çempionatının sonuna qədər qüvvədə olması planlaşdırılır. Onun illik maaşının isə 1,5 milyon avronu keçməyəcəyi qeyd olunur.
Xatırladaq ki, Andrea Pirlo məşqçilik karyerası ərzində "Yuventus", "Fatih Karagümrük" və "Sampdoriya" klublarını çalışdırıb. Hazırda isə BƏƏ təmsilçisi "Dubai United" klubunun baş məşqçisi kimi fəaliyyət göstərir.
Oxşar xəbərlər
Elxan Səmədov: "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq"
Peşəkar Futbol Liqasına (PFL) yenidən prezident seçilən Elxan Səmədov AFFA ilə birgə səylər nəticəsində Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qa...