Qvardiola gələcək planlarını açıqlayıb: "İstirahətə ehtiyacım var"
Pep Qvardiola mövsümün sonunda "Mançester Siti" klubundan ayrıldıqdan sonra gələcək planları barədə danışıb.
BAKU.WS xəbər verir ki, ispan məşqçi bildirib ki, məşqçilikdən bir müddət uzaqlaşmağı düşünür. O, bu qərarın səbəbi kimi yorğunluq və istirahət ehtiyacını göstərib.
Qvardiola qeyd edib ki, əgər fiziki və psixoloji baxımdan gücü olsaydı, "Mançester Siti"də daha uzun müddət qalardı. Lakin hazırda fasilə verməyin onun üçün daha doğru seçim olduğunu vurğulayıb.
O, həmçinin klubdakı son matçını Premyer Liqanın 38-ci turunda "Aston Villa"ya qarşı keçirəcəyini bildirib.
Komanda hazırda 78 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lider "Arsenal" isə artıq çempionluğu rəsmiləşdirib.
Oxşar xəbərlər
Klublarımızın yay transferləri: Kim gəldi, kim getdi? - 01.08.2026
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı təmsilçisi nigeriyalı vinger Kristian Nvaçukvunu transfer edib....