Qvardiola: Biz bütün rekordları qırdıq, indi antirekordlar qırmağa başlayırıq
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində baş tutan "Aston Villa" ilə oyunda məğlubiyyətdən (1:2) sonra komandanın uğursuz nəticələri və mövsümdəki böhrandan danışıb.
BAKU.WS Championat.com-a istinadən xəbər verir ki, o, bu barədə oyunsonrası mətbuat konfransında açıqlama verib.
"Biz bütün rekordları qırdıq. İndi biz başqa rekordlar, digər tərəfdən isə antirekordlar vurmağa başlayırıq. Təəssüf ki, bu doğrudur...", - deyə Qvardiola bildirib.
Xatırladaq ki, 17 turun nəticələrinə əsasən, "Mançester Siti" Premyer Liqanın turnir cədvəlində yeddinci pillədə qərarlaşıb. "Şəhərlilər" Premyer Liqanın 18-ci turunda "Everton"la dekabrın 26-da növbəti oyununu evdə keçirəcək. Liqanın lideri "Liverpul"dur.
Oxşar xəbərlər
DÇ-2026: Kurasao Almaniya ilə oyunda hesabı bərabərləşdirib
Futbol üzrə dünya çempionatının Almaniya - Kurasao oyununda ikinci qol vurulub. BAKU.WS Report-a istinadən xəbər verir ki, Hyuston stadionunda keçirilən E qrupu...