Qvardiola 2026-cı ilin yayında "Mançester Siti"dən ayrılmaq niyyətindədir

Qvardiola 2026-cı ilin yayında Mançester Sitidən ayrılmaq niyyətindədir
İdman 31

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola bu yay İngiltərə klubundan ayrılmaq niyyətindədir.

BAKU.WS xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Nəşrin məlumatına görə, "Siti" komandasında onun gələcəyi ilə bağlı ciddi qeyri-müəyyənlik qalmaqdadır. Mövsümün sonuna yaxın yekun qərar veriləcək.

Vurğulanır ki, ispaniyalı menecer ilkin qərarını dəyişib klubda qalsa, 2027-ci ildə başa çatacaq hazırkı müqaviləsini uzatması ehtimalı azdır.

Qeyd edək ki, "Mançester Siti" hazırda 24 oyundan sonra 47 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci yerdədir. Komanda həmçinin Çempionlar Liqasının 1/8 finalına, İngiltərə Liqa Kubokunun finalına yüksəlib.

55 yaşlı Qvardiola 2016-cı ildən bəri "Mançester Siti"nin baş məşqçisidir. Onun rəhbərliyi altında klub altı dəfə İngiltərə Premyer Liqasını, iki dəfə İngiltərə Kubokunu, dörd dəfə Liqa Kubokunu və üç dəfə FA Community Shield turnirini qazanıb. 2023-cü ildə "Mançester Siti" Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klublararası Dünya Kubokunu qazanıb.

Son xəbərlər