Qurban Qurbanovun mətbuat konfransında maraqlı hadisə - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Avropa Liqasının qrup mərhələsində “Frayburq”la qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan öncə mətbuat konfransı keçirib.
BAKU.WS xəbər verir ki, mətbuat konfransında maraqlı anlar yaşanıb.
Belə ki, Qurban Qurbanov jurnalistlərdən birinin sualına cavab verdikdən sonra tərcüməçi Aydın Rüstəmov çalışdırıcının sözlərini alman dilinə tərcümə etmək əvəzinə Azərbaycan dilində təkrar edib.
Qurbanov gülümsəyərək Aydın Rüstəmova alman dilinə tərcümə etməli olduğunu bildirir.
Xatırladaq ki, "Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Almaniyada "Frayburq"un qonağı olacaq.
"Europa-Park" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oxşar xəbərlər
"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq. BAKU.WS xəbər verir ki, Ağdam təmsilçisi Almaniyada "Frayburq"un qonağı olacaq. "E...