"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
08
sen
2022
09:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.
BAKU.WS xəbər verir ki, Ağdam təmsilçisi Almaniyada "Frayburq"un qonağı olacaq.
"Europa-Park" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Azərbaycan çempionu ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində mübarizəyə başlayacaq.
UEFA Avropa Liqası
G qrupu
23:00. "Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya)
Baş hakim: Erik Lambrexts (Belçika)
Frayburq. "Europa-Park" stadionu
Oxşar xəbərlər
"Qarabağ"ın rəqibi "Frayburq"dan maraqlı avrokubok paylaşımı - 4 il sonra ilk dəfə - VİDEO
Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ın rəqibi Almaniyanın "Frayburq" klubudur. BAKU.WS xəbər verir ki, rəqib komanda...