Qurban Qurbanov "Qarabağ"da baş məşqçi kimi 400-cü qələbəsini qazanıb
"Qarabağ" Qurban Qurbanovun baş məşqçiliyi altında 400-cü qələbəsini qazanıb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, bu, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.
Ağdamlılar səfərdə "Sabah"ı 7:1 hesabı ilə məğlubiyyətə uğradıblar. 2008-ci ilin yayından "Qarabağ"ın baş məşqçisi olan Qurbanovla ilk uğur 2008/2009 mövsümündə qeydə alınıb.
Həmin vaxt bölgə təmsilçisi Premyer Liqanın "Bakılı" ilə görüşündə 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Sabah" üzərində qələbə "Qarabağ"ın mövsümdə 25-ci uğuru olub. Qurbanovun yetirmələri Premyer Liqada 15, avrokuboklarda 8, ölkə kubokunda 2 dəfə rəqiblərinə qalib gəlib.
Oxşar xəbərlər
“Qarabağ”ın avrokuboklarda 18 böyükhesablı qələbəsi - ARAŞDIRMA
“Qarabağ”ın avrokuboklarda böyükhesablı qələbələrinin sayı artıb. “Report”un araşdırmasına görə, Azərbaycan çempionu qitəmiqyaslı turnirlərdə rəqiblərini 18-ci...