Qurban Qurbanov: "Sabah meydanda əlimizdən gələni etməyə çalışacağıq" - VİDEO

Qurban Qurbanov: Sabah meydanda əlimizdən gələni etməyə çalışacağıq - VİDEO
İdman 99

"Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər. Komandam oyuna pis hazırlaşmayıb. Demək olar ki, hər şey qaydasındadır”.

BAKU.WS xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qarşı keçiriləcək cavab oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis ilk matçdakı məğlubiyyətə baxmayaraq, mərhələni keçəcəklərinə inamın böyük olduğunu bildirib: “Sabah meydanda əlimizdən gələni etməyə çalışacağıq. İstərdik ki, azarkeşlərimiz oyundan razı qalsınlar”.

Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 0:3 hesabı ilə uduzub.

Son xəbərlər