“Qızıl top” mükafatının sahibi bəlli oldu
28
okt
2019
19:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“France Football” nəşri tərəfindən təsis edilmiş və hər il dünyanın ən yaxşı futbolçusuna təqdim edilən “Qızıl top” mükafatını 2019-cu ildə İtaliyanın “Yuventus” komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldu alacaq.BAKU.WS-in məlumatına görə, “France Football” nəşrinin nümayəndə heyətinin üzvləri Turində 34 yaşlı futbolçunun nümayəndəsi və klubun idman direktoru Fabio Paratiçi ilə görüşüblər. Jurnalistlər Ronaldunun özü ilə görüşüb və ondan müsahibə alıblar. Həmin müsahibənin Qalib elan edildikdən sonra dərc olunması nəzərdə tutulur.“Qızıl top” mükafatına namizədlər arasında 30 oyunçu var. Mükafatın sahibi dekabrın 2-də Parisdəki “Şatl” teatrında elan ediləcək.“France Football” nəşri “Qızıl top” mükafatını 1956-cı ildə təsis edib. İndiyə qədər Kriştianu Ronaldu və argentinalı Lionel Messi hərəsi 5 dəfə, fransız Mişel Platini, həmçinin hollandiyalılar – İohan Kroyf və Marko van Basten hərəsi 3 dəfə bu mükafata layiq görülüb. 2011-2015-ci illərdə “Qızıl top” mükafatı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) tərəfindən birgə təqdim edilib. Lakin 2016-cı ildə FİFA öz mükafatını təsis edib və bu mükafatı futbol mövsümünün yekunlarına əsasən təqdim etməyə başlayıb. 2018-ci ildə “Qızıl top” Madridin “Real” komandasının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriçə təqdim olunub.
Oxşar xəbərlər
Messi altıncı dəfə “Qızıl buts” aldı
İspaniyanın "Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi "Qızıl buts” mükafatını alıb.UEFA-ya üzv olan ölkələrin çempionatlarının ən yaxşı bombardir...