Qələbədən sonra Muslera: "Allah bilir. Allah hər şeyi bilir" - VİDEO

Qələbədən sonra Muslera: Allah bilir. Allah hər şeyi bilir - VİDEO
Video
İdman 131

Türkiyə Super Liqasının 36-cı həftəsində səfərdə Fatih "Karagümrük"ə 3-2 qalib gələn "Qalatasaray"ın kapitanı Fernando Musleranın matçdan sonra türkcə danışması diqqət çəkib.

BAKU.WS xəbər verir ki, final fitindən sonra soyunub-geyinmə otağına doğru yollanan Musleranın türkcə "Allah bilir, Allah bilir. Allah hər şeyi bilir" sözləri sosial mediada trend olub.

Belə ki, Berkanın qolundan sonra çox sevinən kapitan Muslera meydanda komanda yoldaşları ilə danışarkən türkcə "Allah bilir, Allah bilir. Allah hər şeyi bilir" deyib. Təcrübəli qolkiperin bu sözləri sosial mediada gündəmə çevrilib.

Qeyd edək ki, ötən gecə son dəqiqə qolu ilə qalib gələn "Qalatasaray" Liqada liderliyini qoruyub saxlayıb. Hazırda klubun 2024-cü ildə Türkiyə Super Liqasının qalibi olması üçün növbəti 2 matça 1 xal qazanması kifayətdir.

Son xəbərlər