"Qəbələ"nin müdafiəçisinin son durumu açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Macarıstanda "Fehervar"a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda zədələnən "Qəbələ"nin futbolçusu İlkin Qırtımovun son durumu açıqlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi xəstəxanaya yerləşdirilib.
O, sistem köçürülən oyunçunun 6 saat həkim nəzarəti altında qalacağını bildirib.
Qeyd edək ki, İlkin Qırtımov ilk hissənin sonlarına yaxın başından ciddi zədə alıb. Dili qatlanan futbolçuya ilk yardımı komanda yoldaşı Asif Məmmədov edib. Meydanı xərəkdə tərk edən müdafiəçi Rüfət Əhmədovla əvəzlənib.
Oxşar xəbərlər
"Fehervar" və "Qəbələ"nin start heyətləri bəlli oldu
Macarıstanda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Fehervar" və "Qəbələ"nin start heyətləri açıqlanıb. BAKU.WS "Report"a...