"Qəbələ"nin baş məşqçisi: "Rəqib iddialıdır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Matçın ağır olacağını bilirdik. Rəqib iddialıdır".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Sabah"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII tur oyunundan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis komandasının yaxşı mübarizə apardığını bildirib: "Oyunun dinamikası yüksək idi. Belə məğlubiyyət ağırdır.
Bunlar bizi daha güclü etməlidir. Bəziləri komandanın daxilində nəsə baş verdiyini düşünür. Xal itiriləndə düşünürlər ki, fiziki durum yaxşı deyil.
Komanda daxilində hər şey qaydasındadır, yüksək motivasiyamız var. İlk dəqiqələrdən də istəkli idik. Mənim anlayışımda qara zolaq yoxdur. Bir qələbədən sonra heç kim bu barədə danışmır".
Oxşar xəbərlər
Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"
"Qarabağ"ın gücü hamıya bəllidir. Komandam meydanda mübarizliyi ilə 90 dəqiqə oyundan qopmadı". BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu "Qəbələ"nin baş...