Qəbələ-Xankəndi ultramarafonununun sonuncu mərhələsi start götürüb

Qəbələ-Xankəndi ultramarafonununun sonuncu - dördüncü mərhələsi start götürüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ağdamdan başlayan yarış Xankəndidə sonlanacaq.
Ultramarafon iştirakçıları son mərhələdə 28 kilometr məsafə qət edəcəklər.
Qeyd edək ki, "İdman paytaxtı" Qəbələ şəhərindən start götürən ultramarafona 23-ü qadın olmaqla 81 atlet qatılıb. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri yer alıblar.
Ümumilikdə 192 kilometr məsafəni əhatə edən ultramarafonun ilk mərhələsində iştirakçılar Qəbələdən Ağdama qədər 55 km məsafəni qaçıblar.
İdmançılar daha sonra Ağdaşdan Bərdəyə (65 km) və Bərdədən Ağdamadək (44 km) məsafəni qət ediblər. Əvvəlki üç mərhələnin qalibləri ayrıca təltif edilib. Ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
Qalereya

Oxşar xəbərlər
Qurban Qurbanova hücum xətti üçün 14 futbolçu təklif olunub
Heyətində köklü dəyişiklik etməyi planlaşdıran "Qarabağ" klubun baş məşqçisi Qurban Qurbanova hücum xətti üçün 14 futbolçu təklif edilib. BAKU.WS "Sportinfo"ya...