"Qəbələ" "Sumqayıt"ı darmadağın etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Qəbələ"ni qəbul edib.
Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə bitib. "Qırmızı-qaralar"ın qollarını 2-ci dəqiqədə Rafael Utriq, 39-cu dəqiqədə Ruan Renato, 41-ci dəqiqədə Rövlan Muradov, 68-ci dəqiqədə isə Murad Musayev vurub.
Xallarının sayını 32-yə çatdıran "Qəbələ" ikinci pillədəki mövqeyini qoruyub. "Gənclik şəhəri" təmsilçisi isə 13 xalla 7-ci yerdədir.
Qeyd edək ki, günün ilk görüşündə "Neftçi" səfərdə "Sabah"ı 1:0 hesabı ilə yenib. Tura fevralın 28-də keçiriləcək "Səbail" - "Zirə" və "Keşlə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Premyer Liqa: "Neftçi" "Qəbələ" ilə heç-heçə etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, günün ilk matçı Qəbələdə baş tutub. Şəhərin eyniadl...