Qaşım Maqomedov əməliyyat olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedov körpücük sümüyü qırıldığı üçün əməliyyat olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlama verən Qaşım Maqomedov bildirib ki, 6-8 həftə reabilitasiya keçməli olacaq.
"Mayın 18-də Bolqarıstanın Sofiya şəhərində turnir keçirilirdi. Həmin vaxt döyüşəndə yıxıldım və körpücük sümüyüm qırıldı. Buna görə də əməliyyat olundum. Həkim dedi ki, hələ 6-8 həftə reabilitasiya keçməliyəm. Ancaq bu müddətdən sonra ciddi məşq barədə düşünmək olar. Ona görə də tatamiyə çıxacağım vaxtı hələ dəqiq bilmirəm", - deyə Q.Maqomedov bildirib.
Oxşar xəbərlər
Batrakovun qolları "Qalatasaray"a qələbə qazandırdı
UEFA Çempionlar Liqasının liqa mərhələsində Türkiyənin "Qalatasaray" klubu Almaniya təmsilçisi "Ştutqart"ı qəbul edib. BAKU.WS xəbər verir ki, İstanbulda keçiri...