"Qarabağ"ın rəqibinə pis xəbər - Koronavirusa görə QƏRAR VERİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Norveç çempionatı ləğv edilib.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, bu barədə Norveç Futbol Federasiyası qərar çıxarıb. Səbəb kimi koronavirus pandemiyası göstərilib.
Qurumun prezidenti Terye Svendsen bildirib ki, 30 turluq mübarizənin qalan 14 turluq hissəsini payız ayında sıx qrafiklə keçirmək mümkün deyil. Bu səbəbdən, 2020-ci ilin sonuna kimi liqa oyunları olmayacaq və çempion elan edilməyəcək.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin "Molde" klubu ilə üz-üzə gələcək. Qarşılaşma sentyabrın 16-də Kiprdəki "AEK Arena"da keçiriləcək.
Püşkün nəticəsinə əsasən, görüş Bakıda keçirilməli idi. Lakin qonaq komandanın oyunçuları ölkələrinə qayıdanda 10 gün müddətinə karantinə alınacaqları üçün UEFA matçın yerini dəyişməyə məcbur olub.
Oxşar xəbərlər
"Qarabağ" rəsmisi: "İrəli sürdüyümüz arqumentlərə cavab ala bilmirik"
"Çalışırıq ki, matçın yeri dəyişməsin. Müxtəlif arqumentlər gətiririk ki, UEFA bizə yox, "Molde" tərəfə yönəlsin. Son qərarı UEFA verəcək. Hansı qərar olsa, həm...