"Qarabağ"ın oyununda azarkeşlərin iştirakı ilə sükut olub - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda "Qarabağ" və Fransanın "Nant" komandalarının arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda azarkeşlərin iştirakı ilə sükut olub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda fanatlar qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini yad ediblər.
"İmarət" azarkeş qrupunun üzvləri "Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. İgid əsgər, möhkəm dayan" pankartı açıblar.
Albaniyalı baş hakim Enea Yorqyi qərar verməsə də, futbolçular da sükut ediblər.
"Köhlən atlar" daha əvvəl bu təşəbbüslə UEFA-ya müraciət etsə də, rədd cavabı alıb.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" ilk qələbəsini darmadağınla qazanıb - FOTO/VİDEO - YENİLƏNİB
Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib. BAKU.WS xəbər verir ki, rəqibini 3:0 hesabı ilə məğlub edən "Qarabağ" qrup mərhələsində ilk qəl...