"Qarabağ"ın legioneri: "Frayburq"la oyunu böyük həvəslə gözləyirik"

"Sabahkı oyunu böyük həvəslə gözləyirik. Matça hazırıq".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Morko Veşoviç "Frayburq"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl mətbuat konfransında deyib.
31 yaşlı müdafiəçi rəqibi analiz etdiklərini bildirib: "Bizim təcrübəmiz var. Bu görüşədək avrokuboklarda bir neçə qarşılaşmada iştirak etmişik".
Monteneqrolu oyunçu kollektivdə ab-havanın yaxşı olduğunu söyləyib: "Rəqib Almaniyada birinci pillədədir. Bizə əlavə motivasiya lazım deyil. Sabahkı qarşılaşmaya tam hazırıq".
Qeyd edək ki, sentyabrın 8-də "Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Çox intizamlı komandaya qarşı oynayacağıq"
"Çox intizamlı komandaya qarşı oynayacağıq". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Frayburq"a qarşı keçirəc...
